İran və Azərbaycan R. arasında birgə əməkdaşlıq komissiyasının təşkil edilməsi iki ölkə münasibətlərində mövcud potensialları daha da genişləndirir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Müttəki deyib: İran və Azərbaycan R. arasında birgə əməkdaşlıq komissiyasının təşkil edilməsi iki ölkə münasibətlərində mövcud potensialları daha da genişləndirir. İranın Xarici İşlər Naziri Mənuçehr Müttəki Tehranda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və bu ölkənin Xəzər məsələləri ilə bağlı xüsusi nümayəndəsi Xələf Xələfov ilə görüşdə, iki ölkə başçılarının iradəsini qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində təsirli amil adlandırıb və əlavə edib: Enerji, tranzit, yüklərin daşınması və nəqliyyat sahəsində əməkdaşlıqların edilməsi digər sahələrlə yanaşı diqqət mərkəzində saxlanılan mövzulardandır.
İranın xarici işlər naziri təkid edib: Şimal-cənub dəhlizinin Azərbaycan Respublikasının yardımı ilə gücləndirilməsi nəqliyyat sahəsində mühüm məsələlərdəndir.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov da bu görüşdə, Tehran-Bakı əməkdaşlıqlarının genişləndirilməsinə təkid edərək deyib: İran və Azərbaycan Respublikası arasında əməkdaşlıqların möhkəmləndirilməsi üçün hər iki ölkənin imkanları və potensialları diqqət mərkəzində saxlanılmalıdır.