Tarix : 2008 Nov 19
Kod 8807

Allahşükür Paşazadənin etirafı

Şeyüxlislam konkret adlar gətirmədən artırıb: Suyu bulandırmaq istəyən kəslər yaxşı olar ki, öz yerlərində otursunlar
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Qafqaz Ruhani İdarəsinin sədri deyir ki, Az. R dindarları onu şeyxülislam və ömürlük olaraq Qafqaz Ruhani idarəsinin sədri seçiblər.

Allahşükür Paşazadə Turan Xəbər Agentliyi ilə eksklüziv müsahibədə həmin dindar şəxslərə işarə etmədən bu təşkilatın əsasnaməsi ilə təzadda olan həmin vəzifəyə seçilməsi haqdakı sualın cavabında deyib: Mömin şəxslər və hacılar 2005-ci ildə Az. R. müsəlmanları konfransında əksəriyyət səslə mənim bu vəzifəyə seçilməyimin lehinə səs verdilər. Şeyüxlislam konkret adlar gətirmədən artırıb: Suyu bulandırmaq istəyən kəslər yaxşı olar ki, öz yerlərində otursunlar .
Allahşükür Paşazadənin bu sözləri Küveyt rəsmilərinin Bakının Nərimanov rayonunda Əbubəkr məscidinin inşası üçün rüşvət alması haqda onu ittiham etmələri ilə bir vaxta təsadüf edir.
Əslində bu sözlər təhdid edən tərəfə ,yəni Küveytə aydın bir müraciət sayıla bilər.
Ekspertlər deyillər : Şeyxin Qafqaz Ruhani idarəsinə ömürlük prezidentliyi məsələsinin irəli sürülməsi istiqamətində planlaşdırılmış bir müqəddəmə hesab oluna bilər . Qeyd etmək lazımıdır ki,  bu arada həmin məsələyə xalq reaksiyaları Az. R-nın müsəlman xalqının bu kimi mövzulara nə qədər hörmət və etibarla yanaşdığını göstərir.

  • Yazılıb
  • da (də) 2008 Nov 19