Tarix : 2008 Nov 19
Kod 8808

SƏFİR: ERMƏNİSTAN VƏ AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏNİN HƏLLİNDƏ İRANDAN YARDIM İSTƏYƏ BİLƏR

ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılan addımlar sonsuzluğa qədər davam edə bilər
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

“Digər tərəfdən, artıq dünyada super güclərin problemlərə ədalətli yanaşdıqlarına inam itib”.

Bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zare deyib. Səfir bildirib ki, İran qonşuluğunda olan iki ölkə arasında müharibə vəziyyətinin hökm sürməsindən narahatdır: “Digər vasitəçilərlə yanaşı, İran da münaqişənin həlli istiqamətdə müsbət nəticələnə biləcək addımlar ata bilər. İran və Azərbaycan prezidentləri arasında keçirilən görüşlərdə, həm də bizim xarici işlər nazirinin Bakıya səfəri zaman apardığı müzakirələrdə bu məsələ səmimi şəkildə açıqlanıb. Hər iki tərəf bu imkanın olduğunu təsdiq edib”.

Diplomatın fikrincə, münaqişənin həllində İranın vasitəçiliyinin qəbul olunması üçün Azərbaycan və Ermənistanın gerçəkliyi qəbul etməsinə də ehtiyac var: “Hamıya bəllidir ki, buna bənzər münaqişələr on illərdir, davam edir və sonradan bir kənara qoyulub. Ermənistan və Azərbaycan İranla səmimi şəkildə yaxınlıq edib, münaqişənin həllində yardım istəyə bilər. Ancaq bu məsələ hər iki ölkənin rəsmiləri tərəfindən açıqlanmalıdır. Hər halda, nəzərə alınmalıdır ki, İran region ölkəsidir, biz bir-birimizi yaxşı tanıyırıq. Bu baxımdan gələcəkdə də əlaqələrimizi inkişaf etdirə bilərik”.

İran səfiri Azərbaycan torpaqlarının işğal edilməsi faktına da toxunub: “Azərbaycan xalqı müsəlman milləti kimi öz əzimliliyini itirməyib. Hələ də xalq işğal olunan torpaqlarına öz ana yurdu kimi baxır. Həm sadə insanlar, həm də yüksək səviyyəli şəxslər münaqişənin sülh yolu ilə həlli üçün bezmədən mübarizəni davam etdirirlər”.

  • Yazılıb
  • da (də) 2008 Nov 19