Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstanın separatçı Abxaziya bölgəsi ilə sərhədində atışma baş verib. Atışma 40 dəqiqə davam edib. Gürcüstan tərəfi abxaz silahlılarının qoşunların təmas xəttində qurulmuş posta avtomat və qumbaraatanlardan atəş açdığını bildiriblər. Gürcülər hücumu cavab atəşi ilə qarşılayıblar. Xəsarət alan olmayıb, atışmadan sonra hadisə yerinə Avropa İttifaqının müşahidə missiyasının üzvləri gəliblər. Qeyd edək ki, bir neçə gün əvvəl gürcü polisinin öldürülməsi faktını araşdırmaq üçün bölgəyə gələn Aİ müşahidəçiləri atəşə məruz qalıblar. Rəsmi Tiflis bu insidentin abxazlar tərəfindən törədildiyini bildirib.