Tarix : 2008 Nov 20
Kod 8811

Azərbaycanın tikinti bazarında böhran gözlənilir

Azərbaycanın tikinti bazarında böhran gözlənilir Əvvəllər müştərilərdən yığdığı pulla faliyyət göstərən tikinti şirkətləri hazırda bu üsuldan istifadə edə bilmir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın tikinti bazarında böhran gözlənilir
Əvvəllər müştərilərdən yığdığı pulla faliyyət göstərən tikinti şirkətləri hazırda bu üsuldan istifadə edə bilmir

Azərbaycanın mənzil bazarında böhran qaçılmazdır. Mütəxəssislərin fikrincə, vaxtilə bu sahədə buraxılmış nöqsanlar daşınmaz əmlak bazanının tənəzzülü ilə nəticələnəcək. Belə ki, 2003-2006-cı illərdə tikinti şirkətləri evləri əsasən vətəndaşların pulu ilə tikirdi. Yəni, binanın bünövrəsi qoyulmamış mənzillərin bir qismini satan tikinti kooperativlərinin sahibləri inşaat işlərinə elə bu vəsaitlə başlayırdı. Əksər hallarda isə tikilməkdə olan binadan əldə edilən mənfəət hesabına növbəti binanın inşasına başlanırdı. Bununla da onlar əlavə xərclərdən azad olmaqla, məsələn kredit cəlb etmədən fəaliyyətlənrini davam etdirə bilirdilər. Hazırda tikinti şirkətləri bu üsulla faliyyət göstərə bilmir. Belə ki, binanın təməli qoyularkən müştəriyə evi aşağı qiymətlərlə satan sahibkarlar indi bu qiymətlə tikintini davam etdirə bilmirlər. Ya da satış həddən artıq azaldığından iş adamlarının sərbəst vəsait əldə etmək imkanları məhdudlaşıb. Bu səbəblə də, Bakıdakı bəzi binalarda işləri yarımçıq qalıb. Sahibkarlar tamamlanmamış binalarda işləri davam etdirə bilmirlər.
Daşınmaz əmlak bazarını araşdıran mütəxəssislər bildirir ki, indiki şəraitdə mənzillərin qiyməti real deyil. Bu sahədə rentabellik azı 300 faiz olduğundan mənzillər maya dəyərindən xeyli baha satılır. İndiyədək qiymətlərin şişirdilməsi də mənzil bazarını tənəzzülə aparır. İqtisadi qanunlara əsaslanaraq demək olar ki, Azərbaycanda mənzilə tələbat həmişə var. Lakin bu tələbat lazımi tələblə ödənilmir. Mütəxəssislərin fikrincə vəziyyət belə davam edə bilməz.
Daşınmaz əmlak bazarını araşdıran ekspertlər bildirir ki, tikinti sektoru ölkə iqtisadiyyatının aparıcı sahələrindən sayılır. Onların fikrincə, tikinti sahəsi inşaat materialları istehsalı, nəqliyyat, kiymya sənayesi, və ticarət sektorları ilə sıx bağlı olduğundan, bu bazarda yarana biləcək hər hansı böhran iqtisadiyyatın digər sahələrinə də təsirsiz ötüşməyəcək. Bu sahədə iqtisadi fəallığın azalması digər sahələrdə də satış və nəhayət məşğulluq problemləri yaradacaq.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 20