Minsk qrupunun bəzi həmsədrlərinin bəzi məsuliyyətsiz sözləri Qarabağ münaqişəsinin həllinə mane olur
Azərbaycan servisi/Aran Agentliyi
O.Əsədov ATƏT-in Minsk qrupunun həmsədrlərindən istəyib ki, özlərinin məsuliyyətsizcəsinə çıxışlarına son qoysunlar. Trend Xəbər Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin spikeri Oqtay Əsədov çərşənbə günü Yunanıstanın ATƏT-dəki daimi nümayəndəsi Mara Marinaki ilə görüşdə deyib: Minsk qrupunun bəzi həmsədrlərinin bəzi məsuliyyətsiz sözləri Qarabağ münaqişəsinin həllinə mane olur.
Rusiya, Fransa və ABŞ-dan təşkil olunmuş Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə təsis edilib. Amma indiyə kimi Minsk qrupu həmsədrlərin maraqlarındakı ziddiyyətlərə görə, Qarabağ münaqişəsinin həllində heç bir müsbət addım ata bilməyib.