Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi 2008-ci ilin əvvəlindən 22,2% artaraq noyabrın 1-nə 1 784 mln. manat təşkil edib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Milli Bankından verilən məlumata əsasən, bu göstərici son bir il ərzində 34,3% artıb. Lakin eyni zamanda vurğulamaq lazımdır ki, oktyabr ayında son 21 ay ərzində ilk dəfə olaraq bank əmanətlərinin həcmi azalıb. Aylıq azalmanın həcmi 94,7 mln. manat və ya 5% təşkil edib. Xatırladaq ki, ötən ilin yanvarında əmanətlərin həcmi 84,2 mln. manat və ya 10,2% azalıb.
Əmanətlərin azalması adətən bir sıra amillərlə bağlı olur (məsələn, ötən ilin yanvarındakı kimi), lakin hazırkı azalmanın iki əsas səbəbi var. Birincisi, Azərbaycanda bu il yüksək inflyasiya müşahidə olunur və artıq onun səviyyəsi 10 ayın yekununda illik təxminən 22%-ə çatıb. Eyni zamanda, əhalinin nominal pul gəlirlərinin həcmi il ərzində 35,7% artıb. Lakin aydındır ki, bu gəlirlərin artımını əhali arasında mütənasib bölmək düzgün deyil.
Nəticədə gəlirləri artmayan, artımı qiymətlərin yüksəlməsini üstələməyən və ya ümumiyyətlə yaşayış səviyyəsini təmin edə bilməyən gəlirlərə malik olan əhalinin bir hissəsi pul yığımlarını, o cümlədən, bank əmanətlərinin xərclənməsinə məcbur olur. Lakin Azərbaycanda əmanətlərin azalması dünya maliyyə böhranının vaxtı ilə üst-üstə düşməsi aspekti nəzərdən yayınmamalıdır. Nəticə etibarı ilə, dünya böhranı ilə əlaqədar müxtəlif qurumların müflisləşməsi və ya müflisləşmə təhlükəsi Azərbaycanda əhalinin banklara etibarlığını azaldıb.