bir qrup hicablı qadın İstanbulda keçirilən bir mərasimdə, islami hicabın qatı müxaliflərindən olan CHP-yə üzv qəbul olunub
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq partiyasının hicablı qadınları öz sırasına qəbul etməsi siyasi müşahidəçilərin təəccübünə səbəb olub. Türkiyə medialarının bildirdiyinə görə, bir qrup hicablı qadın İstanbulda keçirilən bir mərasimdə, islami hicabın qatı müxaliflərindən olan CHP-yə üzv qəbul olunub.
Bu məlumatlara əsasən, partiyaya daxil olanlar arasında hətta çadralı qadınlarda olub.
Türkiyədə çıxan Milliyyət qəzeti də çərşənbə günü yazıb: CHP-nin sədri Dəniz Baykal deyib: Öz siyasətlərimizdə dəyişiklik aparmalı və heç kəsi paltarına görə mühakimə etməməliyik.
Bu partiya ilə müxalif dairələr CHP-nin bu hərəkətini çirkin bir siyasi oyun adlandırıblar.