Tarix : 2008 Nov 21
Kod 8824

PKK-çı İŞ ADAMI NAXÇIVANDAN QAÇDI

Naxçıvanda fəaliyyət göstərən “Gəmiqaya” şirkətinin gerçək sahibi, türkiyəli iş adamı Emil Uçar bölgəni tərk edib
Azərbaycan servisi/Aran Agentliyi
Naxçıvanda fəaliyyət göstərən “Gəmiqaya” şirkətinin gerçək sahibi, türkiyəli iş adamı Emil Uçar bölgəni tərk edib. Bu barədə Naxçıvandakı mənbəmiz xəbər verib. Mənbənin dediyinə görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovla şərik olan PKK-çı Emil Uçar srağagün Şahtaxtı sərhəd keçid məntəqəsindən İrana keçib. Xatırladaq ki, Emil Uçar bir qədər əvvəl PKK ilə əlaqələrinə görə şübhəli şəxs kimi saxlanılmışdı. Sonradan isə Vasif Talıbovun səyləri nəticəsində azadlığa buraxılmış, bir müddət ev dustağı edilmişdi.
Amma Türkiyə xüsusi xidmət orqanları onunla ciddi maraqlanırdılar. Çünki onun sahibi olduğu “Gəmiqaya” şirkətinin istehsal etdiyi bəzi ərzaq məhsulları PKK-çıların mağaralarında tapılmışdı.
“Emil Uçarın İrana keçməsi də təsadüfi deyil. Ən azı ona görə ki, onun həbsinin gündəmə gəlmə ehtimalı böyük idi”- deyə mənbə bildirir.
  • Yazılıb
  • da (də) 2008 Nov 21