Tarix : 2008 Nov 21
Kod 8825

AZƏRBAYCAN DİNİ TOLERANTLIĞI İLƏ FƏXR EDƏ BİLƏR

ABŞ da Azərbaycanda bütün dinlərin nümaəndələri üçün yaradılmış şəraitdən razıdır
Azərbaycan servisi/Aran Agentliyi
«Azərbaycanda mədəniyyətlər və dinlərarası vəziyyət yaxşıdır», - deyə cümə günü Bakıda jurnalistlərə ölkədə səfərdə olan Kamber bildirib. O bildirib ki, Azərbaycanda xristianlar, müsəlmanlar və yəhudilər öz dini etiqadlarında tam azaddırlar.
Kamberin sözlərinə görə, ABŞ-ın məqsədi bütün insanların dinindən asılı olmayaraq dinc və stabil yaşamasından ibarətdir.

Kamber Azərbaycana səfəri çərçivəsində cümə günü Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşkür Paşazadə ilə görüşüb, həm Azərbaycan, həm də bütün region və dünyadakı dini vəziyyəti müzakirə edib
  • Yazılıb
  • da (də) 2008 Nov 21