Laricani, ABŞ-ı müflisləşmiş bir tacirə bənzədərək, "ABŞ bu razılaşmanı imzalamaqla şərəfini qurtarmaq istəyir'' deyə çıxış edib
Beynəlxalq Servisi/Aran Agentliyi
İran İslami Şura Məclis Sədri Əli Laricani, ABŞ-ın, naşıca etdiyi səhvlərin fakturasını, bədəlini İraq xalqına ödətdirmək istədiyini bildirib.
İslam-Azerinin İRNA-ya istinadlı xəbərinə görə,
Laricani, Tehranda təşkil edilən Asiya Metropollar və Şəhərlər Yığıncağının son günündə etdiyi çıxışında, "İraqlı siyasətçilər təhlükəsizlik razılaşmasını ABŞ-ın çıxış razılaşmasına çevirmişlər, lakin 7 dəfə nəzərdən keçirilməsinə qarşı bu razılaşmada bir çox nöqsanlıqlar mövcuddur'' dedi.
Laricani, ABŞ-ı müflisləşmiş bir tacirə bənzədərək, "ABŞ bu razılaşmanı imzalamaqla şərəfini qurtarmaq istəyir'' deyə çıxış edib.
İraq işğalının başlanğıcında ABŞ-ın zəfər nərələri çəkdiyini xatırladan Laricani "Onların İraq xalqına aşağlayıcı və mənfəətli baxışı, İraq xalqında elə bir nifrət duyğusu oyandırdı ki, ABŞ-ın yeni başçısı seçki meydanlarında İraqı tərk etmə şüarıyla seçkisini qazandı'' dedi.
ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal əsnasında, Bin Ladin, Molla Ömər, terror və narkotik ilə mübarizə iddiasında olduğunu xatırladan Laricani, "ABŞ, Bin Ladin və Molla Öməri həbs edə bilmədi, terrorla mübarizə iddiası bu günlərdə terror qrupları ilə müzakirəyə çevrilmiş vəziyyətdədir və 2001-ci ildə Əfqanıstanda ixrac olunan narkotik maddə miqdarı 200 ton olmağına baxmayaraq bu rəqəm bu gün 9 min tona çatmışdır'' dedi.