Tarix : 2008 Nov 21
Kod 8828

Bu gün Azərbaycanın 1700 zəvvar avtobus karvanı ilə Bakıdan Məkkəyə yola düşəcək

Zəvvarlar vətənə dekabrın 15-dək qayıtmalıdır. Ümumiyyətlə isə bu il Həccə Azərbaycandan 5000-ə yaxın adam yola düşəcək
Azərbaycan servisi/Aran Agentliyi
Həccə gedəcək 1700 zəvvar sabah saat 23.00 radələrində 44 avtobusla Bakıdan yola düşəcək. Bu barədə ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Həmişəkindən fərqli olaraq bu dəfə avtobus karvanı Gürcüstan, Türkiyə, Suriya və İordaniya ərazisindən keçəcək. Qeyd edək ki, bundan əvvəl zəvvarlar adətən İran ərazisindən keçməklə müqəddəs ziyarətgaha gedirdi. Təyyarə ilə gedəcək zəvvarlar isə noyabrın 24-27-si arası Bakını tərk edəcəklər.

Zəvvarlar vətənə dekabrın 15-dək qayıtmalıdır. Ümumiyyətlə isə bu il Həccə Azərbaycandan 5000-ə yaxın adam yola düşəcək.

Allah ziyarətinizi qəbul eləsin!
  • Yazılıb
  • da (də) 2008 Nov 21