Tarix : 2008 Nov 21
Kod 8829

ABDULLA GÜL AYƏTULLAH SİSTANİYƏ MESAJ GÖNDƏRİB

Türkiyənin İraqdakı xüsusi nümayəndəsi Murad Özçelik, bu gün Nəcəf şəhərində Ayətullah Sistanini ziyarət edərək Türkiyə prezidenti Abdullah Gülün mesajını çatdırıb
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə prezidenti Ayətullah Sistaniyə mesaj göndərib.

İslam-Azeri-nin YDH-ə istinadlı xəbərinə görə Türkiyənin İraqdakı xüsusi nümayəndəsi Murad Özçelik, bu gün Nəcəf şəhərində Ayətullah Sistanini ziyarət edərək Türkiyə prezidenti Abdullah Gülün mesajını çatdırıb.

Türkiyənin Bağdatdakı səfiri Dərya Kanbay ilə birlikdə Türkiyənin İraqdakı xüsusi nümayəndəsi Murad Özçelik i Nəcəf şəhərində İraqın ən nüfuzlu dini mərcei təqlid müctehidi Ayətullah Sistanini ziyarət edərək ziyarət sonrası jurnalistlərə etdiyi açıqlamada Ayətullah Sistaninin birləşdirici və İraqın təhlükəsizlik və sabitliyinə kömək edici rolunu təqdirə layiq hal hesab etdiklərini bildirib.

Ayetullah Sistaninin İraq, bölgə və Türkiyə baxımından son dərəcə xüsusi bir rolunun olduğunu önə çəkən Özçelik, Türkiyənin daha əvvəl olduğu kimi bundan sonra da İraq xalqına kömək edəcəyini bildirib.
  • Yazılıb
  • da (də) 2008 Nov 21