Tarix : 2008 Nov 22
Kod 8839

TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ƏLAQƏLƏRİ YAXŞI YÖNDƏ GEDİR

CXP-dən olan millət vəkili: Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün İsveçrə əlaqələndirici funksiyasını öz üzərinə götürüb
Azərbaycan servisi/Aran Agentliyi

Türkiyə-APA. Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CXP) millət vəkili olan Dəniz Bölükbaşı Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün İsveçrənin əlaqələndirici funksiyasını öz üzərinə götürdüyünü açıqlayıb. APA-nın xəbərinə görə, Dəniz Bölükbaşı Xarici İşlər Nazirliyində büdcənin müzakirə olunduğu Türkiyə Böyük Millət Məclisinin Büdcə Komissiyasında nazir Əli Babacanın Türkiyə ilə Ermənistan arasında zamanın yaxşı yöndə getməsi barədə açıqlama verdiyini xatırladaraq bunları deyib: “Əgər Ermənistan Türkiyənin indiki sərhədlərini müəyyənləşdirən Qars müqaviləsini tanıyırsa, Konstitusiyasından Şərqi Anadolunun “Qərbi Ermənistan” deyə tanımağı və sözdə “soyqırımı” iddialarını çıxarırsa, Ağrı Dağını mili simvol olaraq göstərməkdən imtina edirsə, biz bunları mühüm irəliləmə kimi qəbul edərik. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normalaşması üçün vasitəçiliyi İsveçrə edir”.  
 
Əli Babacan isə bunu təkzib etməyib./

  • Yazılıb
  • da (də) 2008 Nov 22