Tarix : 2008 Nov 22
Kod 8842

BUŞUN ''İSLAM ÜZRƏ SƏFİRİ'' QARABAĞDAN XƏBƏRSİZDİR

ABŞ-ın İslam Konfransı Təşkilatındakı xüsusi səfiri Sado Kumber bu gün "Amerika mərkəzi"ndə Azərbaycan jurnalistləri ilə görüş keçirib
Azərbaycan servisi/Aran Agentliyi

APA-nın xəbərinə görə, S. Kumber bildirib ki, ABŞ-da 7 milyon müsəlman yaşayır və onların 2 minə yaxını məsciddə istədikləri zaman ibadət edə bilirlər. "Müsəlman ailəsində böyüyən Obamanın prezidentliyi dövründə ABŞ-la müsəlman ölkələri arasındakı münasibətlərdə müsbət dəyişikliklər ola bilərmi" sualına cavab olaraq S. Kumber bunları deyib: "Ümid edirəm ki, əvvəlki adminstrasiyanın diqqət yetirmədiyi sahələrə yeni admininstrasiyanın diqqəti artacaq".

S. Kumber jurnalistlərin suallarına cavab Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatının olmadığını deyib.

  • Yazılıb
  • da (də) 2008 Nov 22