Tarix : 2008 Nov 23
Kod 8856

HƏCC AVTOBUSLARI 5 SAAT AZƏRBAYCAN GÜRCÜSTAN SƏRHƏDDİNDƏ

Dünən axşam yola düşən zəvvar avtobusları 5 saatdan çoxdurki, Azərbaycan-Gürcüstan sərhəddində "Qırmızı Körpü"-də dayandırılıb
Azərbaycan servisi/Aran Agentliyi
Həccə yola düşən avtobuslar 5 saatdır sərhəddən buraxılmır.

İslam-Azerinin verdiyi xəbərə görə, Dünən axşam yola düşən zəvvar avtobusları 5 saatdan çoxdurki, Azərbaycan-Gürcüstan sərhəddində "Qırmızı Körpü"-də dayandırılıb. Sərhəddən avtobusların buraxılmamasının səbəbi soruşulsada heç bir rəsmi bu sualı cavablandırmayıb.

Bu gün Bazar günü olduğundan Qafqaz Müsəlmanlar İdarəsinin Mətbuat Katibi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Onuda nəzərinizə çatdıraq ki, Həcc avtobusların reysi İrandan olmasına baxmayaraq, hansısa səbəblərdən dolayı Gürcüstandan getməli olublar.

Xəbərlə əlaqəli ətraflı məlumat veriləcək.
  • Yazılıb
  • da (də) 2008 Nov 23