Tarix : 2008 Nov 24
Kod 8861

Nalbandyan Türkiyədə

Ermənistan Hava Yollarına aid təyyarə ilə İrəvandan İstanbula yollanan Nalbandyanı Atatürk Hava limanında Ermənistan və Türkiyə rəsmi şəxsləri qarşılayıblar
Türkiyə servisi/ARAN AGENTLİYİ
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) hazırkı sədri, Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan İstanbula gedib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ermənistan Hava Yollarına aid təyyarə ilə İrəvandan İstanbula yollanan Nalbandyanı Atatürk Hava limanında Ermənistan və Türkiyə rəsmi şəxsləri qarşılayıblar.
Hava limanından qalacağı “Swissotel The Bosphorus”a yollanan Nalbandyan, bu gün QİƏT katibliyinə baş çəkəcək və mətbuat konfransı keçirəcək.
  • Yazılıb
  • da (də) 2008 Nov 24