GÜRCÜSTAN SERVİSİ/ARAN AGENTLİYİ
İnqilabçı Saakaşvili bəzi ölkələrdən təbrik teleqramları alır. Onların arasında ən əsası - inqilabı dəstəkləmiş ABŞ prezidenti Corc Buşdur. O, «Qızılgül inqilabı»nın 5 illiyi münasibətilə prezident Mixail Saakaşviliyə təbrik məktubu göndərib və rəsmi Vaşinqtonun həmişə Tiflisi dəstəkləyədiyini, Gürcüstanda demokratik dəyərlərin təmin edilməsində istənilən yardım göstərdiyini vurğulayıb.
İnqilabın ildönümünün qeyd edildiyi bir vaxtda, «İmedi» telekanalının binası qarışsında etiraz aksiyası keçirilib və M.Saakaşvili insan haqları və media azadlığına riayət etməməkdə ittiham olunub. Ölkə parlamentinin müxaliftədə olan keçmiş spikeri Nino Burcanadze isə bəayn edib ki, o, növbəti prezident seçkilərində iştirak edəcək.