Tarix : 2008 Nov 24
Kod 8865

İSTANBUL UNİVERSİTETİNİN REKTORU MƏSUD PARLAQDAN SİONİST REJİMİN SƏFİRİNƏ SOYUQ DUŞ

Sionistlərin Türkiyədəki səfirinin İstanbul universitetinə həyata keçirdiyi ziyarət başalamadan sona çatıb
Türkiyə servisi/ARAN AGENTLİYİ

Belə ki, sözügedən universitetin rektoru M. Parlaq səfirinin onunla görüş zamanı otaqda cangüdənlərinin də iştirak etməsində təkid etdiyinə görə, görüşü yarımçıq kəsib. Dərhal ayağa qalxaraq, sionistlərin Türkiyədəki səfirinə və baş konsuluna qapını göstərən M. Parlaq “görüşümüz sona çatıb” – deyə bildirib.

“Səfir gəldiyi zaman mən ayağa qalxaraq, qapıya doğru yaxınlaşdım. Onları qarşıladım, əyləşdik. Otaqda iki nəfər ucaboy şəxsi gördüyüm zaman onların kim olduqlarını soruşdum. Mənə onların cangüdən olduqları bildirildi. Onların çölə çıxmalarını xahiş etdim. Bu zaman onlardan biri otağa tərəf gəlməyə başladı. Mən isə ayağa qalxaraq, görüşlə bağlı müraciətin onlar tərəfindən edildiyini deyərək, görüşün artıq başa çatdığını bildirdim və onlara gəldikləri üçün təşəkkür etdim. Daha  sonra otağı tərk etdim. Onlar da mənim arxamca otağı tərk etdilər. Mən səfiri və baş konsulu pilləkana qədər ötürdüm. Madam ki, bu qədər qorxursunuz, o zaman nə üçün bura qədər gəlirsiniz? Yəni üzr istəyirəm, bura müstəmləkə deyildir. Bura Türkiyə Respublikasının İstanbul Universitetidir”.

  • Yazılıb
  • da (də) 2008 Nov 24