Türkiyədə Az. R. vətəndaşlarına daşınmaz əmlakın satışına qadağa qoyulduğu bir vaxtda Ankara-İrəvan hava reysinin açılması barədə xəbərdarlıq yayılıb
Türkiyə servisi/ARAN AGENTLİYİ
Türkiyədə Az. R. vətəndaşlarına daşınmaz əmlakın satışına qadağa qoyulduğu bir vaxtda Ankara-İrəvan hava reysinin açılması barədə xəbərdarlıq yayılıb. Türk dilli Tudays Zaman qəzeti Türkiyənin Mülki Aviasiya şirkətinə istinadən bildirir ki, bu şirkət tezliklə Ankara-İrəvan reysinin açılması ilə maraqlanır. ANS Xəbər Agentliyinin məlumatına əsasən türk hava yolları şirkətinin məsul şəxsləri bunu Türkiyənin milli maraqları ilə sıx əlaqədə görürlər. Ankarada çıxan qəzetin yazdığına görə hal-hazırda Atlas-Jet özəl Avia nəqliyyatı şirkəti İstanbul-İrəvan marşrutu ilə çarter reysləri həyata keçirir.
Türkiyə Xarici İşlər Nazirliyinin bir rəsmisi də adının çəkilməməsi şərti ilə bildirib ki, türk hava yolları şirkəti bu dövlətin xarici siyasətinin əsas ünsürlərindən biri olaraq XİN-nin siyasətlərini həyata keçirir. ANS-in məlumatında qeyd olunur ki, bu siyasətin icrası XİN-nin necə cavab verməsindən asılı olacaq.