Əli Əhmədovun fikri ilə bağlı gələcəkdə də YAP daxilində müzakirələr davam edərsə, o zaman bu barədə daha geniş və təfərrüatlı fikir söyləmək mümkün olacaq
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
“Konstitusiyaya görə, hər bir Azərbaycan vətəndaşı iki dəfədən artıq prezident seçilə bilməz. Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı təklifi çox güman ki, partiya daxilində müzakirə olunub və müxtəlif fikir mübadiləsi ətrafında yekdil qərara gəlmək üçün müəyyən bazis və əsas yaradacaq”.
Bunu APA-ya açıqlamasında Prezident Aparatının şöbə müdiri Elnur Aslanov deyib. Onun sözlərinə görə, hələlik irəli sürülən təkliflə bağlı söz söyləmək çətindir: “Əli Əhmədovun fikri ilə bağlı gələcəkdə də YAP daxilində müzakirələr davam edərsə, o zaman bu barədə daha geniş və təfərrüatlı fikir söyləmək mümkün olacaq”. E. Aslanov təklifin reallaşması üçün ölkədə referendumun keçirilməsi barədə də indidən fikir söyləməyi mümkün hesab etməyib: “Bu məsələ hazırda müzakirə edilmir”.