Separatçılar Azərbaycan tərəfinin İnquri SES-in özəlləşdirilməsində iştirak etmək niyyətindən narahatdırlar
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Abxaziyanın «Çernomoreenerqo» şirkətinin rəhbəri Rezo Zantariya, Gürcüstanın İnquri Su Elektrik Stansiyasını özəlləşdirmək istəyinə etiraz edib. ANS PRESS, Abzaziya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan tərəfinin İnquri SES-in özəlləşdirilməsində iştirak etmək niyyəti barədə məlumatlardır. Qeyd edək ki, Azərbaycanın özəlləşdirmədə iştirak etmək istəyini «Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov ifadə edib.
Rexo Zantariya bildirib ki, İnquri SES Gürcüstan və Abxaziya sərhədində yerləşir: «Bunu Azərbaycan tərəfi də bilməmiş deyil. Elektrik Stansiyasının əsas qurğuları Abxaziya ərazisində yerləşir. Gürcüstan ərazisindəki isə yalnız bənddir».
Qeyd edək ki, İnquri SES 1978-ci ildə istifadəyə verilib. Onun layihə gücü 1,3 MVt. təşkil edir. Son illər ərzində stansiyanın qəza vəziyətində olması üzündən müəssisə yalnız 50 faiz gücü ilə işləyir. İnquri SES-i Gürcüstan və Abxaziya tərəfi birgə istismar edir.