Tarix : 2008 Nov 26
Kod 8900

Laricani Bağdad-Vaşinqton təhlükəsizlik anlaşması haqda ifşaçılıq edib

Anlaşma sənədində İraqın milli hakimiyyət hüququnu pozan bir çox qaranlıq məqamlar mövcud idi
BEYNALXALQ SERVISI/ARAN AGENTLİYİ

İİR İŞM-nin sədri təkid edib : Vaşinqton-Bağdad təhlükəsizlik müqaviləsi İraqın milli hakimiyyət haqqını pozacaq. İranın İŞM-nin sədri Əli Laricani dünən müxbirlər qarşısında Vaşinqton-Bağdad təhlükəsizlik müqaviləsinə işarə edərək deyib: Anlaşma sənədində İraqın milli hakimiyyət hüququnu pozan bir çox qaranlıq məqamlar mövcud idi . Amma İraqın siyasi ictimai və dini şəxsiyyətlərinin geniş səyləri nəticəsində bu sənədin adı ABŞ qüvvələrinin İraqdan çıxmaları haqda anlaşma sənədinə dəyişdirildi. İran parlamentinin spikeri sözlərinin davamında artırıb: Bu gün İraqı parlamentində çəkişmələrin yaranmasına səbəb olan əsas məsələ anlaşma sənədində olan bəzi həssas məqamlardır . Belə ki sənədin mətninə bəzi dəyişikliklərin edilməsinə baxmayaraq hələ də onda İraq və məntəqə xalqlarının maraqları ilə ziddiyyətli məqamlar qalmaqdadır.
Laricani əlavə edib : Amerikalılar söz vermişdilər ki, bu müqaviləyə əsasən İraqı BMT-nin əsasnaməsinin 7-ci bəndindən xaric etsinlər . Amma anlaşma sənədində bu məsələnin nə zaman gerçəkləşəcəyinə işarə olunmayıb. Habelə bu haqda sabit bir fikir də bildirməyib . Bu haqda yalnız qeyd olunub ki, ABŞ İraqın BMT-nin əsasnaməsinin 7-ci bəndindən xaric edilməsinə çalışacaq . Yəni bu vədin yerinə yetiriləcəyi haqda heç bir zəmanət mövcud deyil. İran parlamentinin sədri təkid edib ki, bu anlaşma sənədi bir ilğıma oxşayır və iraqlılar onu qəbul edərlərsə ABŞ-ın istəklərinə tabe olmalı olacaqlar.
Amerikalılar İraqdakı tarazlıqlarını itiriblər və bu vəziyyətdən xilas olmağa çalışırlar . Eyni zamanda onlar İraqdakı yanlışlıqların bütün xərclərini İraq xalqına qəbul etdirmək istəyirlər.

  • Yazılıb
  • da (də) 2008 Nov 26