Tarix : 2008 Nov 26
Kod 8902

Livan prezidenti İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüb

Keçən 60 ildə islami və ərəb ölkələrinin heç biri Sionist rejimin qarşısında dayana bilməyiblər , amma Livan xalqı bu tilsimləri sındırmaq və sionistləri Livan torpağından eşiyə atdı
İRİ SERVİSİ/ARAN AGENTLİYİ

İslam İnqilabının Böyük Rəhbəri Livandakı müxtəlif qruplar və dəstələrin birləşməsini bu ölkənin yeganə nicat və inkişafı yolu adlandırıblar. İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei bu gün çərşənbə axşamı günü Tehranda Livan prezidenti Mişel Sülyemanın təhlükəsi ilə qarşılaşmaq üçün Livanın milli qüdrəti və vəhdəti xidmətində olmalıdır.
Həzrət Ayətullah əl-Üzma Xamenei Mişel Süleymanın Livanda müqaviməti himayə üzrə mövqeləri və onu müşayiət etməsinə habelə onun Livan milli vəhdətinin bərqərarı və Livan ordusunun milli mahiyyətini qorumaq üzrə səylərinə görə təşəkkür edərək əlavə ediblər İİR daim Livanın kənarında olacaqdır. İslam İnqilabının böyük Rəhbəri 33 günlük müharibədə Livan xalqının Sionist Rejimə qarşı tarixi zəfər çalmalarına işarə edərək əlavə ediblər : Keçən 60 ildə islami və ərəb ölkələrinin heç biri Sionist rejimin qarşısında dayana bilməyiblər , amma Livan xalqı bu tilsimləri sındırmaq və sionistləri Livan torpağından eşiyə atdı. Həz. Ayət. Xamenei Livanin Sionist rejimin təcavüzkarlıqları qarşısında dayanmaqla müsəlman xalqlar üçün bir ülgüyə çevrilməsini bildirib , islam dünyası və ərəb ölkələrində müqaviməti himayə etməni çox mənalı adlandırıb. İslam İnqilabının Böyük Rəhbəri həmçinin terrorizmi Livan və bütün region ölkələri üçün çox böyük bir təhlükə adlandıraraq terrorizmlə müqabilə etmək üçün düzgün bir tərzin həyata keçirilməsi zəruriliyinə təkid ediblər.
İslam İnqilabının Böyük Rəhbəri sonda fələstinli didərginlərin Livanda olmalarına işarə edərək əlavə ediblər: Düzgün siyasət , didərgin fələstinlilərin ərəb ölkələrində olmasıdır . hər halda fələstinlilər nəhayət öz evlərinə qayıtmalıdırlar.

  • Yazılıb
  • da (də) 2008 Nov 26