Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikasında insan alveri ilə bağlı cinayət halları artıb.
Bu barədə DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev məlumat verib.
Ötən il insan alveri ilə bağlı cinayətlərə görə 300 nəfər məsuliyyətə cəlb olunub. Cinayətkarların yarıdan çoxunu da elə qadınlar təşkil edir.
"insan alveri qurbanlarının dünya görüşünün, təhsilinin aşağı olması onları qurbana çevirir. Onlar xoş təkliflərə və yalan vədlərə aldanaraq xaricə gedirlər.Orada isə onlar qurbana çevrilirlər "- deyə idarə rəisi vurğulayıb.