Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) ikinci hissəsi bu günədək rəsmən təsdiq edilməyib
Azərbaycan servisi/Aran Agentliyi
NATO dairələrindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrində Birləşmiş Qərargah sisteminin yaradılması ilə bağlı məsələ tam dəqiqləşib. Artıq rəsmi Bakı buna öz razılığını bildirib.
Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) ikinci hissəsi bu günədək rəsmən təsdiq edilməyib. NATO ekspertlərinin fikrincə, sənəddə nəzərdə tutulan bəzi müddəalarla bağlı tərəflər arasında fikir ayrılığı yaranıb
NATO Azərbaycanın IPAP sənədinin mətninin tam olaraq cəmiyyətə açıqlanmasına səy göstərəcək. Bu istiqamətdə rəsmi Bakı ilə dialoqu davam etdirən NATO artıq bir sıra ölkələrdə IPAP-ın tam mətninin ictimaiyyətə açıqlanmasına nail olub. NATO rəsmiləri Azərbaycanda bu sənədin mətninin üzərinə "tam məxfi" qrifinin qoyulduğunu etiraf edirlər: "Biz hökumətin qərarına hörmətlə yanaşırıq. Amma sənədin şəffaf olması istiqamətində Bakı ilə dialoqu davam etdirəcəyik".