Azərbaycan servisi/Aran Agentliyi
Dünən Beynəlxalq Hava Limanında Həcc ziyarətinə gedən zəvvarlarla aeroportun Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında dava düşüb.
Bu barədə məlumatı «Bizim Yol»a hadisənin şahidlərindən biri verib. Şahidin sözlərinə görə, hadisəyə səbəb təhlükəsizlik xidməti işçilərinin zəvvarları incitməsi olub. Buna etiraz edənlərdən bir zəvvarla əməkdaşlar arasında söhbət düşüb. Qarşılıqlı mübahisə zəmnində davam edən söhbət sonradan əlbəyaxa davaya çevrilib. Məlumatda bildirilir ki, aeroportun Təhlükəsizlik Xidmətinin əməkdaşları bir neçə zəvvarı döyüb. Polislərin işə qarışmasından sonra aranı sakitləşdirmək mümkün olub.