Hadisə nəticəsində Əsgər Əsgərova məxsus 1 mərtəbəli ev əşyaları ilə birlikdə tamamilə yanıb
Azərbaycan servisi/Aran Agentliyi
Lənkəran şəhər sakininə məxsus beş otaqlı ev yanıb. Hadisə noyabrın 27-də günorta saatlarında rayonun Koroğlu küçəsində baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə. Hadisə nəticəsində Əsgər Əsgərova məxsus 1 mərtəbəli ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğının səbəbləri araşdırılır.