Azərbaycan ildən ilə həcc ziyarətinə gediş haqqını qaldırmaqlarına baxmayaraq, hər il zəvvarlarımız üçün yaradılan şərait daha da acınacaqlı vəziyyətə düşür
Azərbaycan servisi/Aran Agentliyi
Ziyarətə gedən 300 nəfərdən çox azərbaycanlı hotellə təmin olunmayıb
“Karvan-D” şirkətinin xətti ilə Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Mədinədə ciddi problemlərlə üzləşiblər. Mədinə şəhərindən APA-ya telefon açan zəvvarlar bildiriblər ki, hazırda avtobusla Həcc ziyarətinə gedənlər Mədinədə küçələrdə gecələmək məcburiyyəti ilə üzləşiblər.
Onlar deyiblər ki, Həccə gedən 300-dən çox zəvvar hotellə təmin olunmayıb, qida ala bilmir: “Mədinədə bizim üçün çox pis, lap aşağı səviyyəli otaqlar ayırıblar. O da zəvvarların sayından qat-qat azdır. Buna görə də 10-15 nəfəri bir otaqda qalmağa dəvət edirlər. İndi burda pul toplayan zəvvarlar gecələmək üçün qaraj kirayələyirlər. Bəziləri isə özlərinə məscidlərin həyətində yer edirlər”.
Zəvvarlar deyiblər ki, ayrılmış hotellər çirkli və natəmiz olduğundan, bir çox otaqlarda pəncərə və qapılar olmadığından, həm də bir neçə nəfərə bir otaq ayrıldığından dindarlar bu yerlərdən imtina edərək, küçədə, avtobusda və qarajlarda yatmağa üstünlük verirlər. Zəvvarlar bildiriblər ki, “Karvan D” şirkətinin qrupdakı rəhbəri olan Mirmehdi adlı şəxs narazılıqlara cavab olaraq indiki halda bundan artığının mümkün olmadığını deyib.