Tarix : 2008 Nov 28
Kod 8929

ERGENEKON un BİRİNCİ İSMİ MÜƏYYƏNLƏŞDİRİLDİ

Türkiyənin “Kanal D” televiziyası hazırda məhkəməsi gedən “Ergenekon” təşkilatı ilə bağlı yeni məlumat yayıb
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin “Kanal D” televiziyası hazırda məhkəməsi gedən “Ergenekon” təşkilatı ilə bağlı yeni məlumat yayıb. Məlumata görə, bu təşkilatın birinci şəxsi artıq müəyyənləşdirilib. Telekanal dünən axşam bildirib ki, bu şəxsin kimliyini məhkəmə dəqiqləşdirə bilib. Ancaq istintaq sirri olduğundan həmin şəxsin adı açıqlanmayıb.
“Kanal D” “Ergenekon”un birinci şəxsinin bir general olduğunu deməklə kifayətlənib.
Qeyd edək ki, “Ergenekon” işi üzrə Türkiyədə onlarla milliyyətçi həbs olunub. Onların arasında Türkiyə ordusunun istefada olan generalları, qəzetçilər, iş adamları da var. Həbs edilənlər güc yolu ilə dövləti devirməkdə ittiham olunurlar.
Bu təşkilatın xəyali “birinci şəxsi” barədə hakimiyyətə yaxın KİV-də çoxsaylı materiallar gedib. “Ergenekonun başı Rusiyada” başlığı ilə manşet atan qəzetlər də olub.
Türkiyə müxalifəti və milliyyətçi dairələr isə “Ergenekon işi”nin qondarma olduğunu, hakimiyyətin bu vasitə ilə öz opponentlərini məhv etməyə çalışdığını iddia edirlər.
  • Yazılıb
  • da (də) 2008 Nov 28