Tarix : 2008 Nov 28
Kod 8930

İRAN İSLAM RESPUBLİKASI VƏ TÜRKİYƏ İQTİSADİ MEMORANDUM İMZALAYIB

Biz inkişaf etməkdə olan ölkələr bir səhvə yol verməmişik və böhranı yalnız həmkarlıq yolu ilə arxada qoymaq olar
Türkiyə servisi/Aran Agentliyi

İran İslam Respublikasının Xarici İşlər Naziri və Türkiyənin Maliyyə naziri iki ölkənin birgə iqtisadi əməkdaşlıq komissiyasının 20-ci iclasının anlaşma sənədini imzalayıblar.
Bu barədə dünən Tehranda Məhəmməd Şimşək ilə birgə mətbuat konfransında məlumat verən Mənuçöhr Müttəki: "İran və Türkiyə yaxın gələcəkdə öz iqtisadi mübadilələrinin həcmini 20 milyard dollar həddinə çatdıra bilərlər" deyib.

"Birlik-Azərbaycan" İA "İrib"-ə istinadən xəbər verir ki, Türkiyənin Maliyyə naziri M.Şimşək isə mətbuat konfransında bunları deyib: "İran siyasi, mədəni və iqtisadi baxımdan məntəqənin təsirli ölkələrindən biridir". Həmçinin M.Şimşək qlobal maliyyə böhranının amilini inkişaf etmiş ölkələr adlandırıb və deyib: "Biz inkişaf etməkdə olan ölkələr bir səhvə yol verməmişik və böhranı yalnız həmkarlıq yolu ilə arxada qoymaq olar".

  • Yazılıb
  • da (də) 2008 Nov 28