Tarix : 2008 Nov 29
Kod 8937

İQTİSADİ BÖHRAN AZƏRBAYCANI AĞUŞUNA ALIB

Mingəçevir Dəmir Beton Məmulatları Zavodu da bağlandı
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Azərbaycan hökuməti rəsmilərinin dünyada yaranmış iqtisadi böhranın Azərbaycana təsirsizliyi ilə bağlı söylədikləri özünü doğrultmadı. Artıq son on gündə Azərbaycanda fəaliyyət göstərən bir neçə iri istehsalat müəssisəsi bağlanıb.

Dünən isə Mingəçevirdən əldə etdiyimiz məlumata görə, təxminən iki il əvvəl fəaliyyətə başlayan və 100 nəfərdən yuxarı insanın çalışdığı Dəmir Beton Məmulatları Zavodu dayanıb. Buna səbəb isə zavodun istehsal etdiyi mallara tələbatın olmaması olub.

Mingəçevirdən aldığımız məlumatda o da bildirilir ki, adıçəkilən zavoda işləyən 100 nəfərdən yuxarı işçi öz hesabına məzuniyyətə göndərilib. Qeyd edək ki, qəzetimizin ötən saylarının birində «Baku Stell Kompany»nin fəaliyyətini dayandırmasını qeyd etmişdik. Adıçəkilən zavodun fəaliyyətini dayandırması nəticəsində isə 1000 nəfərdən artıq insan işhsiz qalıb.
Göründüyü kimi dünyada yaranmış iqtisadi böhranın ağır zərbələrini Azərbaycan da yaşayır. Belə davam etsə, ölkədə fəaliyyətini dayandırmayan müəssisə qalmayacaq.

  • Yazılıb
  • da (də) 2008 Nov 29