Türkiyənin Dövlət Statistika Müəssisəsinin son məlumatında deyilir ki , İranla Türkiyə arasında ticarət mübadilələri iki ölkənin müəyyənləşdirdikləri məqsəd istiqamətində inkişaf edir
Türkiyə servisi/ARAN AGENTLİYİ
İran ilə Türkiyə arasında ticarət mübadilələrinin dəyəri cari milad ilində xeyli artıb
İRNA-nın verdiyi məlumata əsasən Türkiyənin Dövlət Statistika Müəssisəsinin son məlumatında deyilir ki , İranla Türkiyə arasında ticarət mübadilələri iki ölkənin müəyyənləşdirdikləri məqsəd istiqamətində inkişaf edir.
Bu məlumata əsasən, cari ilin 10 ayında Türkiyənin İrana ixracatının dəyərə 4.56 faiz artaraq bir milyard 674 min 584 dollara çatıb. İİR prezidenti Mahmud Əhmədinejadın avqust ayında Türkiyəyə səfərində iki ölkə arasında ticarət mübadilələrinin dəyəri , orta müddət üçün 20 milyard dollar müəyyənləşdirildi. Bunun icra yolları ötən həftə Tehranda iki ölkənin müştərək iqtisadi və ticarət əməkdaşlıqları komissiyasının 20-ci iclasında araşdırılmışdır.