Tarix : 2008 Nov 30
Kod 8953

GÜRCÜLƏR TÜRKİYƏ TANKERİNİ SAXLAYIBLAR

Ətraf mühiti çirkləndirən “Cans-1” gəmisi 40 min dollar cərimə ödəyəcək
GÜRCÜSTAN SERVİSİ/ARAN AGENTLİYİ

Noyabrın 28-də Gürcüstanın Poti limanının sahil mühafizə xidmətinin əməkdaşları və ətraf mühitin mühafizəsi üzrə müfəttişliyin əməkdaşları Türkiyə bayrağı altında üzən “Cans-1” tankerini saxlayıblar.  “Novosti-Qruziya” agentliyinin  məlumatına görə, tanker ətraf mühitin çirklənməsi faktı ilə bağlı saxlanılıb. Sərhəd polisindən bildiriblər ki, İnzibati Hüquq Pozuntuları Kodeksi əsasında tanker 65 min lari (40,6 min dollar) cərimə ödəməli olacaq.

  • Yazılıb
  • da (də) 2008 Nov 30