hal-hazırda 2020-ci ildən sonra yeni raket sistemləri üçün lazım olacaq araşdırma və texniki bazanın yaradılması səviyyəsində fəaliyyətlər artıb
Rusiya SERVİSİ/ARAN AGENTLİYİ
Rusiyanın İnterfaks İnformasiya Agentliyi bir məlumatda Rusiyanın strateji raket qüvvələrinin komandiri Nikolay Solotskov ABŞ-ın Avropada RƏM sistemi yerləşdirməsinə dair proqramlarına cavab olaraq ölkəsinin yeni ballistik raketləri hazırlamağa çalışdığını bildirib.
Onun sözlərinə görə , hal-hazırda 2020-ci ildən sonra yeni raket sistemləri üçün lazım olacaq araşdırma və texniki bazanın yaradılması səviyyəsində fəaliyyətlər artıb. 2009-cu ilin dekabar ayında isə Rusiyanın ARS 24 qitələrarası ballistik raketlərinin birinci yeni nəsli əməliyyat xidmətinə veriləcək. Və Rusiya gələn il 13 ballistik raketini sınaqdan keçirəcək ki, cari illə müqayisədə təqribən iki qat artacaqdır.
Habelə Yunayted Press İnformasiya Agentliyinin verdiyi məlumata görə , Rusiyanın yüksək vəzifəli rəsmisi Nikolay Markarov keçirdiyi mətbuat konfransında ABŞ-ın Şərqi Avropada- Polşada və Çexiya respublikasında RƏM sistemi yerləşdirmək səylərinə işarə edərək Rusiyanın indidən Kalininqrad məntəqəsində İskəndər tipli raketləri yerləşdirməyə hazırlıq görməsindən xəbər verib. Solotskov qeyd edib ki, Hərbi qərargah qəti qərarı çıxaran kimi Kalininqrad məntəqəsində İskəndər raketləri yerləşdiriləcək. Eyni halda Rusiyanın baş naziri Vladimir Putin açıq-aşkar şəkildə vəd edib ki, ABŞ-ın Şərqi Avropada raketdən müdafiə sistemi layihəsinin ləğv edildiyi təqdirdə Rusiyada Kalininqrad məntəqəsində raketlərini yerləşdirməkdən vaz keçəcək.
Rusiyanın prezidneti Dmitri Medvedyev də son APƏK iclasında jurnalistlər qarşısında Amerikanın seçilmiş yeni prezidenti Brak Obamadan istəyib ki , ölkəsinin Şərqi Avropada RƏM sistemi layihəsini yerləşdirmək üzrə proqramını dayandırsın. Medvedyev ABŞ-ın RƏM sistemini yerləşdirməklə bağlı öz mövqeyini dəyişmək üçün müəyyən bir şansı varmı sualını -belə cavablandırıb: Məncə belə bir şans var. Zira hazırkı hökumətin bu məsələ ilə bağlı mövqeyi yumşaq görünməsə də, ABŞ-ın seçilmiş prezidentinin mövqeyi daha normaldır . Eyni halda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələ ilə bağlı son mövqeyini xüsusi ilə də Rusiyanın ABŞ-dan RƏM sistemi ilə bağlı gələn müzakirələrdə müəyyən irəliləyişi gözləmədiyini bəyan edib və deyib ki, məsələnin aydınlaşması , Rusiya-NATO əməkdaşlıqlarının gələcək perspektivini müəyyənləşdirəcək.