Tarix : 2008 Nov 30
Kod 8955

İLQAR İBRAHİMOĞLU ALMAN TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR

DEVAMM-ın sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Almaniyanın «Deutshe Welle TV» televiziyasına müsahibə vermişdir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Teleşirkətin Avropa üzrə müxbiri Veyt Ulrix Braun (Veit-Ulrich Braun) İlqar İbrahimoğlunun bir sıra mövzular ətrafında rəyini öyrənmişdir.

    Müsahibədə toxunulan əsas mövzular əsasən Azırbaycanda İslam dininin durumu, cəmiyyətdə mənəvi dəyərlərin yaşanması, neft bumunun ictimai təsirləri, DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının fəaliyyət istiqamətləri və gördüyü işlər, Azərbaycan cəmiyyyətində radikallaşma meyllərinin mövcud olub-olmaması kimi sahələri əhatə edirdi. Alman müxbiri, eləcə də, İçərişəhər «Cümə» məscidi dini icmasının fəaliyyəti, həyata keçirdiyi proqramlar ətrafında da suallar vermişdir.

   
DEVAMM sədri müxbiri maraqlandıran suallara ətraflı cavab vermişdir.

    Qeyd etmək lazımdır ki, «Deutshe Welle TV» teleşirkəti Azerbaycan haqqında film çəkir və İ.İbrahimoğlunun verdiyi müsahibə həmin film üçün hazırlanan materiallar çərçivəsindədir. Bu film alman televiziyası ilə 2009-cu ilin yanvar-fevral aylarında nümayiş etdiriləcəkdir.

  • Yazılıb
  • da (də) 2008 Nov 30