Tarix : 2008 Nov 30
Kod 8958

Salyanda neft quyusunda 30 metrlik yanğın

neft quyusundan çıxan səmt qazı yanğına səbəb olub. İlkin ehtimala görə, hazırda səmt qazının quyudakı təzyiqi 200-300 atmosferdir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Bu gün axşam saatlarında Salyan rayonu Kürsəngi kəndi ərazisindəki 272 saylı neft quyusunda güclü yanğın baş verib.

APA-nın hadisə yerində olan yerli müxbirinin verdiyi məlumata görə, neft quyusundan çıxan səmt qazı yanğına səbəb olub. İlkin ehtimala görə, hazırda səmt qazının quyudakı təzyiqi 200-300 atmosferdir. Yanğın zonasında alovun təqribi hündürlüyü 30 metrə qədərdir. Yanğın böyük uğultu ilə müşayiət olunur.

Yanğın 3 saatdır ki, davam edir. Yanğın baş verən zaman quyunun yaxınlığında olan bütün texniki avadanlıq da yanıb.

Yanğın ərazisinin yaxınlığına heç kim buraxılmır. Xəsarət alanın olub-olmaması barədə məlumat verilmir.

Əraziyə FHN-nin regional bölməsinin əməkdaşları və yanğınsöndürmə maşınları cəlb olunub.
  • Yazılıb
  • da (də) 2008 Nov 30