Qiymətlərin və həyat şəraitinin bahalığına görə Bakı ABŞ-ın Vaşinqton, Filadelfiya, Baltimor, Mayami, Britaniyanın Qlazqo, Birminhem, Kanadanın Monreal kimi şəhərlərini qabaqlayır
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Bu barədə dünyanın 270 şəhəri arasında araşdırma aparan “Worldrress” jurnalı xəbər yayıb.
Xəbərdə o da deyilir ki, jurnal öz araşdırmasını bir neçə kriteriya əsasında aparıb. Bu sırada şəhərlərdə yaşayış vəziyyəti, həyat şəraitinin indeksi, ictimai-iaşə, mənzil və istehlak bazarındakı qiymətlər əsas götürülüb. Bakı bu kriteriyalar üzrə siyahıda 75-cidir.
Dünyanın ən bahalı şəhəri isə Tokio hesab edilib. Yaponiya paytaxtından sonra dünyanın ən bahalı şəhərləri reytinqində Oslo, Kopenhagen, Cenevrə, London və s. gəlir. Moskva siyahıda 10-cudur.