Tarix : 2008 Dec 01
Kod 8968

TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ BAŞLANIB

Əli Babacanın Azərbaycana səfərinin gündəliyi məlumdur
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Türkiyənin Xarici İşlər Naziri Əli Babacan Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində Əli Babacan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək və hər iki ölkəni maraqlandıran məsələlər barədə müzakirə aparacaq. Görüşdə habelə bölgədəki vəziyyət, rəsmi Ankaranın təklif etdiyi "Qafqazda sabitlik və əməkdaşlıq paktı"nın həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılcaq. Əli Babacanın Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacağı da gözlənilir.

  • Yazılıb
  • da (də) 2008 Dec 01