İki Azərbaycan Respublikası vətəndaşı İran İslam Respublikasının sərhədlərini pozduğuna xatir Ərdəbil ostanı ilə Azərbaycan Respublikası arasında sərhədyanı məntəqədə yaxalanıb
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
İki Azərbaycan Respublikası vətəndaşı İran İslam Respublikasının sərhədlərini pozduğuna xatir Ərdəbil ostanı ilə Azərbaycan Respublikası arasında sərhədyanı məntəqədə yaxalanıb.
Azərbaycan News saytının Məlumatlı mənbəyə istinadən verdiyi xəbərə görə, Ələkbərov Maarif Famil oğlu və Osmanlı Pərviz İntiqam oğlu sərhədçilər tərəfindən nəzarət altına alınaraq, hüquq-mühafizə orqanlarına təhvil veriliblər.
Bu iki nəfərin yaxalandığı yerin adını çəkmək istəməyən mənbə əlavə edib ki , son aylarda Azərbaycan Respublikasının təhlukəsizlik orqanları tərəfindən göndərilmiş bir neçə Azərbaycan Respublikası vətəndaşı ABŞ və Sionist rejimin məqsədlərini təmin etmək üçün ölkəmizin sərhədlərini pozduqlarına görə həbs olunublar.
Əldə etdiyimiz məlumata əsasən Azərbaycan Respublikasının təhlukəsizlik orqanı İranın şimal qərb bölgəsində ABŞ və Sionist Rejimin casusluq təşkilatlarına icraçı rolunu oynayır.
Qeyd edək ki , son vaxlar Bakıda nəşr olunan gəzetlərdə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin xarici səfərlərdə təhlukəsizliyinə aid məlumtın təmin olunmasının Sionist Rejimin xüsusi xidmət orqanı - Mossad təşkilatına tapışırıldığı faş olunmuşdur.