Tarix : 2008 Dec 02
Kod 8980

ABŞ-ın xüsusi təyinatlı qüvvələri azəri hərbçilərinə treninqlər keçir

Azərbaycan ilə ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Azərbaycan hərbçilərinə treninqlər, məsləhətləşmələr, kurslar keçirilə
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Azərbaycan ilə ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Azərbaycan hərbçilərinə treninqlər, məsləhətləşmələr, kurslar keçiriləcək. ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri 1-5 dekabr tarixində növbəti treninq, Strateji Müdafiə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək göstərmək məqsədilə ABŞ-ın ekspert qrupu tərəfindən işçi görüş, Ştutqard şəhərində hüquq məsləhətləşmələri, 3 dekabr - 23 dekabr tarixində San-Antonio şəhərində beynəlxalq zabit kursu keçiriləcək.
Azərbaycan əvvəllər Avropadakı ABŞ Silahlı Qüvvələri Komandanlığı ilə ölkələrin Silahlı Qüvvələrinin hərbi əməkdaşlığına dair planı təsdiq edib. Fəaliyyət planına müvafiq olaraq, ABŞ, Silahlı Qüvvələrin müasirləşdirilməsi, müasir silahlarla təmin edilməsi, hərbi kadrların peşəkarlığının artırılması məsələlərində Azərbaycana guyaki yardım edəcək.

  • Yazılıb
  • da (də) 2008 Dec 02