Tarix : 2008 Dec 02
Kod 8983

BİR İL ƏRZİNDƏ AZƏRBAYCANDA 300 NƏFƏR QİÇS-ə YOLUXUB

Bu gün dünyada QİÇS virusuna yoluxmuş 80 milyon insan yaşayır
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Yalnız bir il ərzində bütün dünyada 5 milyon, başqa sözlə sutkada 14 000-dən çox insan QİÇS və ya immun çatışmazlığı virusuna yoluxub, 30 milyon insan isə bu xəstəlikdən vəfat edib. Ölkəmizdə bu göstəricilər milyonlarla ölçülməsə də, 587 rəqəmi də Azərbaycan üçün böyükdür. Bu virusa yoluxma ehtimalı daha çox olan risk qrupu isə dəyişməz qalır: fahişələr və narkomanlar.

Təkcə bu il ərzində Azərbaycanda 300 nəfərdə QİÇS-ə yoluxma faktı aşkar edilib. Bu virusa yoluxanlardan 299 nəfəri azərbaycanlı, 1 nəfəri isə əcnəbidir. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, bu xəstəlikdən əziyyət çəkənlərin 254 nəfəri kişi, 45 nəfri isə qadındır. Bu il qiçsə yoluxanların bir hissəsi inyeksion narkotiklərin istifadəçiləri, qalanları isə cinsi ələqə nəticəsində yoluxanlardır. Bir sözlə, hər il olduğu kimi bu il də narkotiklərdən istifadə zamanı yoluxma hallarının göstəricisi yüksəkdir.

Ümumilikdə götürəndə 1987-ci ildən bu yana Azərbaycanda bu virusa 1232 nəfər yoluxub. AİDS mərhələsinə keçənlərin sayı 286, qiçs-dən dünyasını dəyişənlərin ümumi sayı isə 192 nəfərdir. Respublikanın 52 inzibati ərazi vahidində ən çox yoluxma faktları paytaxt Bakıda və Abşeronda qeydə alınıb. Bu da əhalinin burada sıxlıq təşkil etməsi ilə əlaqələndirilir.

Biz biləndə ki, tanıdığımız adamlardan kimsə QİSÇ- virusuna yoluxub onunla salamlaşmamağın dərdindən başımızı aşağı əyib özümüzü görməməzliyə vururuq. Amma bu virusun daşıyıcıları da isandır və onlar da bu cəmiyyətin bir hissəsidir...

BMT Baş Katibi Pan Ki-Munun 1 dekabr - Ümumdünya AİDS (QİÇS) Günü münasibəti ilə müraciəti yayılıb. Müraciətdə G.Mun bildirib ki, bu gün daha az insan HİV-ə yoluxur, daha az insan QİÇS-dən vəfat edir. Bu nailiyyətlər dünyada QİÇS-ə qarşı mübarizə aparan insanlar sayəsində əldə edilib. «Hökumətlər HİV-nin qarşısını almaq, müalicə etmək, qayğı və dəstəkdən istifadə imkanlarının genişləndirilməsinə dair vədlərini yerinə yetirirlər.

Lakin, bu hələ başlanğıcdır. Biz bununla arxayınlaşmamalıyıq. QİÇS tezliklə yox olmayacaq. İnsanların HİV-yə yoluxması onların müalicə olunmasından daha tez baş verir. QİÇS hələ də dünyada ölümün on əsas səbəblərindən biri, Afrikada isə birinci məhvedici xəstəlikdir». Pan Ki Mun qeyd edib ki, hazırda əsas çağırış əldə edilən liderliyi saxlamağa yönəlib və əldə edilən naliyyətlər daha da inkişaf etdirilməlidir.

«Biz hələ də bir çox insan tərəfindən HİV-in qarşısının alınması və müalicə edilməsinin öyrənilməsinə əngəl törədən stiqma və ayrı-seçkiliyə son qoymalıyıq. Buna görə də, icmalara və bütün xalqlara real təsir edə biləcək xidmətləri göstərmək üçün kifayət qədər resurslara ehtiyac duyuruq». O, Ümumdünya QİÇS Günündə QİÇS-siz gələcək yaratmaq naminə fəaliyyət göstərən və bunu təşviq edən “ümid verən”lər qrupunun nümayəndəsi olmağa səsləyib.

  • Yazılıb
  • da (də) 2008 Dec 02