Dünya ölkələri , o cümlədən İran karbohidrogen ehtiyatlarının məhdudluğu üzündən alternativ enerji mənbələrinin fikrindədirlər
İRİ SERVİSİ/ARAN AGENTLİYİ
İranın AET-nın beynəlxalq məsələlər üzrə sədr müavini bildirib ki, bu dövlət nüvə fəaliyyətlərinə nəzarət və nüvə silahlarının yayılmaması sazişi çərçivəsində MAQATE ilə hərtərəfli əməkdaşlıqlarını davam etdirir. Məhəmməd Səidi Tehranda Atom Elektrik Stansiyaları , ekologiya və davamlı inkişaf mövzusunda keçirilən konfransda deyib ki, beynəlxalq Nüvə Energetikası Agentliyinin baş müdiri Məhəmməd əl-Bəradeinin hesabatında göstərildiyi kimi İran NPT sazişinin müddəalarını və nüvə fəaliyyətlərinə nəzarət mexanizmini tamamilə həyata keçirir. Agentlik müfəttişləri isə İranın nüvə fəaliyyətlərinə nəzarət edirlər. Ekologiya standartlarına uyğun nüvə fəaliyyətlərinin qurulmasını vacib sayan hökumət nümayəndəsi sonra deyib: Dünya ölkələri , o cümlədən İran karbohidrogen ehtiyatlarının məhdudluğu üzündən alternativ enerji mənbələrinin fikrindədirlər. Bu çərçivədə isə karbohidrogen ehtiyatlarına ən münasib alternativ nüvə enerjisidir. Səidi MAQATE mütəxəssislərinin Tehranda keçirilən beynəlxalq konfransdakı iştiraklarına da toxunub və qeyd edib ki, onlar atom elektrik stansiyalarının inşasını və təminat məsələsi barədə öz məsləhətlərini verirlər.