Helsinkidəki görüş qısa fasilələrlə üç saatdan artıq davam edib və jurnalistlərə heç bir məlumat
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Finlandiyanın paytaxtı Helsinkidəki görüşü üç saatdan artıq davam edib. ANS PRESS-in Helsinkiyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu saatlar ərzində yalnız qısa fasilələr olub və jurnalistlər üçün qapalı keçirilən görüşlə bağlı heç bir məlumat verilməyib. Görüş başa çatdıqdan sonra da nə nazirlər, nə də həmsədrlər jurnalistlərə açıqlama veriblər. Jurnalistlərə bir gün gözləmək tövsiyyə olunub. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbanyanın bu gün günorta saatlarında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü, eləcə də nazirlərin həmsədrlərin iştirakı ilə apardıqları danışıqlar dekabrın 4-də ABŞ, Rusiya və Fransanın xarici işlər nazirlərinin görüşünə hazırlıq məqsədi daşıyırdı. Bu görüş də jurnalistlər üçün qapalı keçiriləcək. Amma görüşün yekununda mətbuat konfransının keçirilməsi planlaşdırılır.