Tarix : 2008 Dec 04
Kod 9019

Maliyyə böhranı Azərbaycanın avtomobil bazarına təsir edib

böhran başlanandan maşın bazarında satış 30 faizə qədər aşağı düşüb
Azərbaycan servisi/Aran Agentliyi
Dünya maliyyə böhranı Azərbaycanın avtomobil bazarına təsir edib. Satıcıların sözlərinə görə, böhran başlanandan maşın bazarında satış 30 faizə qədər aşağı düşüb. Avtomobil ticarəti ilə məşğul olanlar deyir ki, satışın azalmasının əsas səbəbi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Artıq bəzi banklar avtomobil satışına kredit ayırmır. Bəziləri isə ancaq tərəfdaşı olduğu avtomobil şirkətinin maşınları üçün kredit verir. Əmlak Bazarı İştirakçıları Birliynin icraçı direktoru Ramin Osmanov maşınların qiymətlərinin ucuzlaşdığını deyir. Onun sözlərinə görə, noyabr ayında qiymətlər 5 faiz düşüb.
  • Yazılıb
  • da (də) 2008 Dec 04