Tarix : 2008 Dec 04
Kod 9020

YASAMAL RAYON İCRA HAKİMİYYƏTİ ALLAH EVİNİN SÖKÜLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Yasamal rayon Məhkəməsi Murtuza Muxtarov 190 ünvanında yerləşən “Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı məbədin sökülməsi barədə qərar çıxarıb
Azərbaycan servisi/Aran Agentliyi

Məscidin axundu Mirvaleh Mövsümov ANS PRESS-ə bildirib ki, hakim Abbas Rzayevin sədrlik etdiyi məhkəmə Yasamal rayon icra başçısı İbrahim Mehdiyevin iddiasını qəbul edib və məscidin sökülməsi barədə qərar çıxarıb. Mirvaleh Mövsümov məhkəmənin qərarının düzgün olmadığını bildirib: “Məscidin yerləşdiyi Murtuza Muxtarov 190 ünvanı dini icmanın hüquqi ünvanıdır. Bunun qanunsuz olaraq sökülməsi mümkünsüzdür. Məscid Qafqaz Müsəlmanları Baş İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komiəsində qeydiyyatdan keçib. Məscid tikilib tam istifadəyə verildikdən sonra dövlətə vermək fikrindəyik. Bu barədə lazımı qrumlara məlumat vermişik”.

Yasamal rayon icra başçısı aparatının hüquq şöbəsinin müdiri Səidə Qulubəyova ANS PRESS-ə bildirib ki, sözügüdən tikilinin sənədi olmayıb. Onun sözlərinə görə, tikintini aparan şəxslərə sənəd təqdim etməklə bağlı mütamadi olaraq müraciətlər edilib. İcra hakimiyyəti bu sənəd təqdim edilmədiyindən məhkəməyə müraciət edib: "Məhkəmədə də tikinti sahiblərinə sənəd təqdim olunacağı halda iddianı geri götürəcəyimizi bildirsək də, buna əməl edilmədi". S. Qulubəyova həmçinin məscidin tikildiyi ərazinin bir hissəsinin Azərbaycan İqtisad Unuiversitetinin ərazisi olduğunu vurğulayıb: " Məscidin minarəsi unuversitetin ərazisində ucaldılıb. Unuversitetinin rektoru Şəmsəddin Hacıyev onlara məxsus ərazinin zəbt edilməs barədə Yasamal rayon İcra Hakimiyyətinə məktubla müraciət edib".

Qafqaz Müsəlmanları Baş İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə bildiriblər ki, bu barədə onlarda hər hansı məlumat yoxdur və heç bir müraciət hələ ki, daxil olmayıb.

  • Yazılıb
  • da (də) 2008 Dec 04