Tarix : 2008 Dec 04
Kod 9026

İRANDAN DAHA BİR SURPRİZ

İran İslam Respublikasının rəsmiləri radarlara düşməyən "Qarabasma" döyüş təyyarələrinin yaxın günlərdə istehsalına başlanacağını bildirib
İİR servisi/Aran Agentliyi
"Birlik-Azərbaycan" İA İran Dövlət Radiosuna istinadən xəbər verir ki, ABŞ və İsrailin hücum hədələrinə qarşılıq müdafiə sahəsində fəaliyyətini artıran İran İslam Respublikası, daha bir surpriz edərək, düşmən radarlarında görsənməyən "Qarabasma" təyyarələrinin istehsalına başlayacağını açıqlayıb.


İran İslam Resbuplikasının Hava Qüvvələri Komandiri Həsən Şahsəfi etdiyi şərhdə, İran kosmos və hərbi ekspertləri tərəfindən müvəffəqiyyətlə hazırlanan "qarabasma" təyyarəsinin ilk istehsalına başlanacağını söyləyib.

İran dövlət radiosuna etdiyi şərhdə, "Qarabasma təyyarəsinin dizaynı tamamlanıb və bu təyyarələrin istehsalına başlanılıb" deyən İranlı komandir, istehsalına başlanan döyüş təyyarəsinin gizli bir radar önləyicisi ilə təhciz edilidiyini ifadə edib.
  • Yazılıb
  • da (də) 2008 Dec 04