Azadlıq metro stansiyasının tikintisi ilə əlaqədar ərazidən keçən 1200 diametrli su borusunun yerdəyişmə işləri yekunlaşmaq üzrədir
Azərbaycan servisi/Aran Agentliyi
«Azadlıq» metro stansiyasının tikintisi ilə əlaqədar ərazidən keçən 1200 diametrli su borusunun yerdəyişmə işləri yekunlaşmaq üzrədir. «Azərsu» Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmovun ANS PRESS-ə verdiyi məlumata görə, işlər başa çatandan sonra gün ərzində borulara və anbarlara su vurulmasına başlanacaq. Günün sonuna kimi əhalinin su ilə təchizatı bərpa ediləcək.
Qeyd edək ki, «Azərsu» ASC «Azadlıq» metrostansiyasının tikintisi ilə əlaqədar Binəqədi rayonunda yerləşən iri magistral su borusunun yerdəyişmə işlərinə dünəndən başlayıb. Bununla əlaqədar paytaxtın əsasən Yasamal, Səbail, Nəsimi rayonlarında əhalinin su ilə təminatında problem yaranıb.