Tarix : 2008 Dec 05
Kod 9044

Əhmədinejad: Təbrizlilərin yaratdıqları epos bütün dünyaya bir müraciətdir

Təbriz xalqı səhnədə olmaqla özlərinin iradələrini dünyadakı hökmdarlara bildirərək dünyadakı hökmdarlıq tərzini dəyişirlər
İRİ SERVİSİ/ARAN AGENTLİYİ
İİR-in prezidenti deyib: Təbriz xalqının öz  dövlət xadimlərini qarşılamaqda yaratdıqları epos bütün dünyaya bir müraciət və bu məntəqə əhalisinin canlı və əbədi olmasının səhnəsi idi. Doktor Əhmədinejad özünün İranın Şərqi Azərbaycan ostanına olan ikinci səfərinin sonunda müxbirlərlə müsahibədə deyib: Təbriz xalqı səhnədə olmaqla özlərinin iradələrini dünyadakı hökmdarlara bildirərək dünyadakı hökmdarlıq tərzini dəyişirlər.
Əhmədinejad belə xatırlayıb: Təbriz xalqı  dövlət xadimlərini qarşılamaq bəhanəsi ilə özlərinin iradə və himmətlərinin nümayiş etdirdilər. Əhmədinejad bildirib: İranda hökumət xalqın içindən, xalqın təbəqəsindəndir və xalq üçündür və onların bütün varlıqları xalqa aiddir.
İran prezidenti qeyd edilən ostanın islam mədəniyyəti və İrana olan xidmətlərinə işarə edərək deyib: Hamımız bu ostan xalqının olmasına fəxr etməliyik.
Əhmədinejad vurğulayıb: İranın şərqi Azərbaycan ostanının əhalisi İranın istiqlaliyyəti və izzəti uğrunda ən böyük mücahidələr həyata keçirib və tarix boyu islamı İranın yüksəlişi uğrunda hər bir hərəkat baş veribdirsə bu ostanın xalqı öncül olublar. İran prezidenti İranın Şərqi Azərbaycan ostanının sənaye, universitet, ticarət və ölkənin bütün üstünlüklərinin qorumaq üzrə ərsələrdə öncül olub və olacağını bildirərək vurğulayıb: Bu ostan hər cəhətdən ölkədə birinci olmalıdır.

 

  • Yazılıb
  • da (də) 2008 Dec 05