Rusiya Müdafiə nazirliyi rəsmisi, ovçu təyyarəsinin texniki səbəblərdən Domna hərbi hava hissəsinə 5 kilometr yaxınlığdakı bir sahədə qəzaya uğradığı bildirilib
Rusiya SERVİSİ/ARAN AGENTLİYİ
Rusiyanın Sibir bölgəsi Çitada MİG-29 tipli Rus ovçu təyyarəsi qəzaya uğrayıb. Təyyarənin pilotu həyatını itirib.
İslam-Azerinin Ria Novostiyə istinadlı xəbərinə görə,
Rusiya Müdafiə nazirliyi rəsmisi, ovçu təyyarəsinin texniki səbəblərdən Domna hərbi hava hissəsinə 5 kilometr yaxınlığdakı bir sahədə qəzaya uğradığı bildirilib.
Rəsmilər, daha ətraflı məlumat verməyərək, "Lazımlı texniki araşdırmalarının ardından son nəticə açıqlanacaq" deyib. Hadisənin dərhal ardından Rusiya Hava qüvvələri Komandiri General Aleksandr Zelin, müvəqqəti MİG-29 tipli ovçu təyyarələrin dayandırılmasına bağlı təlimat verib. Hadisə ilə əlaqədar Rusiya Müdafiə nazirliyi və Hava qüvvələri Komandirliyi rəsmilərindən ibarət olan komissiya təşkil olunub.